Ana Sayfa > Gündəm > Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək
Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək6-11-2021, 11:33. Yazar: admin |
Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək. “Report”un əldə etdiyi məlumata görə, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq. Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir. Geri dön |