Ana Sayfa > Gündəm > Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar

Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar


26-10-2021, 17:10. Yazar: admin
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar

Bu gün Azərbaycan və Türkiyə Prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyma mərasimində iştirak ediblər.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi.
Geri dön