Ana Sayfa > Gündəm > Ramiz Mehdiyevin kantorunda daha bir şübhəli tender... - FAKT
Ramiz Mehdiyevin kantorunda daha bir şübhəli tender... - FAKT19-10-2021, 08:59. Yazar: admin |
![]() Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Asrofizika Rəsədxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Morgan-Az2021” MMC (VÖEN- 1904850541) olub. "Morgan-Az2021” MMC AMEA-ya ümumi dəyəri 40 min manat olan maşın və avadanlıqlar satacaq. Məlumat üçün bildirək ki, AMEA tender müsabiqəsini bu ilin sentyabr ayının 3-də elan edib. Maraqlıdır ki, tenderin qalibi olan "Morgan-Az2021” MMC tender elanından cəmi 2 gün əvvəl – 31.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 2 gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil. Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 153, m. 40”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Mövlud Tərxan oğludur. Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, iyul ayında “Morgan-Az2021” MMC-nin qeydiyyatda olduğu Yeni Günəşli qəsəbəsində bənzər adlar altında onlarla MMC dövlət qeydiyyatına alınıb. Həmin MMC-lərin bəzilərini təqdim edirik: //Azsiyaset.az// ![]() Ramiz Mehdiyevin kantorunda daha bir şübhəli tender... Geri dön |