Ana Sayfa > Gündəm > Leyla Əliyevanın dəstəyi ilə xərçəngə qalib gələn gənc - VİDEO
Leyla Əliyevanın dəstəyi ilə xərçəngə qalib gələn gənc - VİDEO20-08-2021, 16:44. Yazar: admin |
Abdullayev Samir Qurban oğlu 2003-cü ildə Ağdaş rayonunda doğulub. O, hazırda Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsidir. Samir Abdullayev qeyd edib ki, 10-cu sinifdə oxuyarkən ona sümük xərçəngi diaqnozu qoyulub. Milli Onkologiya Mərkəzində müayinə olunan Samir 5 ay sonra əməliyyat olunub. 9 saatlıq əməliyyatdan sonra bir il həmin xəstəxanada qalan Samir Abdullayev qeyd edib ki, həkimlər artıq onun ömrünə az qaldığı haqqında valideynlərinə məlumat verirlər: “Həmin ərəfələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqları görmək üçün xəstəxanaya gəldi. Mənim otağıma daxil olanda pis vəziyyətdə olduğumu gördülər. Leyla Əliyevanın göstərişi ilə mənə trombosit köçürüldü. Mən həyatımı ona borcluyam”. Geri dön |