Ana Sayfa > Gündəm > Azərbaycan sülhməramlıları təyin edilmiş tapşırıqları icra edir - VİDEO

Azərbaycan sülhməramlıları təyin edilmiş tapşırıqları icra edir - VİDEO


17-08-2021, 13:58. Yazar: admin
Azərbaycan sülhməramlıları təyin edilmiş tapşırıqları icra edir - VİDEO

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir.

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.
Geri dön