Ana Sayfa > Gündəm > Azərbaycan Prezidenti Tacikistana rəsmi səfərə dəvət edilib

Azərbaycan Prezidenti Tacikistana rəsmi səfərə dəvət edilib


12-07-2021, 14:31. Yazar: admin

Azərbaycan Prezidenti Tacikistana rəsmi səfərə dəvət edilib
Tacikistanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

“Report”un məlumatına görə, dəvət iyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefonla danışığında edilib.

Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.
Geri dön