Ana Sayfa > Gündəm > Azərbaycanda son sutkada 545 nəfər COVID-19-dan sağalıb, 284 nəfər yoluxub - VİDEO
Azərbaycanda son sutkada 545 nəfər COVID-19-dan sağalıb, 284 nəfər yoluxub - VİDEO25-05-2021, 17:17. Yazar: admin |
![]() Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 332 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 677 nəfər müalicə olunaraq sağalıb, 4 877 nəfər vəfat edib, aktiv xəstə sayı 6 340 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 825, ötən müddət ərzində isə ümumilikdə 3 468 615 test aparılıb. Geri dön |