Ana Sayfa > Gündəm > Respublika Klinik Xəstəxanasına yeni baş həkim təyin olunub

Respublika Klinik Xəstəxanasına yeni baş həkim təyin olunub


28-04-2021, 15:06. Yazar: admin
Respublika Klinik Xəstəxanasına yeni baş həkim təyin olunub

Telman İbadov Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə Telman İbadovun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.
Geri dön