Ana Sayfa > Gündəm > Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyən edilib
Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyən edilib31-03-2021, 10:15. Yazar: admin |
Energetika Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. ![]() Məlumata görə, Seçki Komissiyasının açıqladığı səsvermə nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 9 namizəddən 6-sı İctimai şuraya üzv seçilib. Beləliklə, 18 mart və 30 mart tarixlərində keçirilmiş seçkilərin ümumi nəticələrinə görə, İctimai Şuranın 7 nəfərdən ibarət tərkibi seçilib. İctimai şuranın üzvləri haqqında məlumat aşağıda təqdim edilir: 1. Adbullayeva Mehriban Əli qızı - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri 2. Cavadlı Mədaxil Məqatil oğlu - “Əlil Sahibkarlar Təşkilatı” İB-nin sədr müavini 3. Əliyev Fərhad Fəqan oğlu - “Beynəlxalq Ekoenergetika Akademiyası”nın vitse prezidenti 4. Həsənov Sadiq Hüseyn oğlu - “Sağlam Həyata Doğru” İB-nin sədri 5. Mehdiyeva Aybəniz İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB-nin sədr müavini 6. Nurməmmədov Qurban Rəcəb oğlu - “Energetika və Ekologiya” İB-nin təsisçisi 7. Tahirov Camal Fərrux oğlu - “Azad İstehlakçılar” İB-nin Energetika Komissiyasının sədri. Geri dön |