Ana Sayfa > Gündəm > Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi - ƏMR
Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi - ƏMR22-02-2021, 16:58. Yazar: admin |
![]() Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub. Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu nazirliyin Maliyyə-Plan İdarəsi ilə birləşdirilib. Quruma rəhbərlik isə müvəqqəti olaraq polis polkovniki Şəhriyyar Hasilova həvalə edilib. Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru Sadiq Gözəlov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Geri dön |