Ana Sayfa > Gündəm > Hikmət Hacıyev: "İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək"
Hikmət Hacıyev: "İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək"6-02-2021, 19:14. Yazar: admin |
![]() “Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir”. APA-nın xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib. O bildirib ki, yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək: “Biz Prezidentin dediyi kimi, yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib”. Geri dön |