Ana Sayfa > Gündəm / Manşet > Kürdəmirdə "melioservis" əməliyyatları
Kürdəmirdə "melioservis" əməliyyatları30-04-2015, 11:15. Yazar: admin |
Meliorasiya və Su Təsərrüfatı ASC-nin strukturuna daxil olan 137 xidmət idarəsinin xeyli hissəsi öz təyinatı üzrə fəaliyyət göstərə bilmir. Çünki müvafiq baza və dəstəyi yoxdur. Normal işləyə bilməyən idarələrin saxlanması xərcləri isə hər il büdcədən xeyli miqdarda artıq vəsait aparır. Qəribədir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəriyində belə idarələrin barəsində müəyyən ölçü götürülməsinə tələsmirlər.Məsələnin məğzində hansı maraqların gizləndiyini isə demək bizcə artıqdır. Meliorasiya və torpaq işlərində uzun illərdir ki, köhnəliyin metodlarına söykənən xidmət idrələrindən biri də Kürdəmir Melioservis idarəsidir. Kürdəmir camaatı bu qənaətdədir ki, idarənin varlığı barədə yalnız əməkhaqqı cədvəllərindən məlumat almaq olar. Amma...Elə ki, yaz-yay gəlir, havalar istiləşir, sudan daim korluq çəkən, şoran torpaqlarda əkin əkmiş Kürdəmir fermerləri sanki Melioservis idarəsinin rəisi Nazim Əliyevin girovuna çevrilirlər. Öz növbəsində yayın gəlişi, qızmar istilərin düşməsi deyəsən lap sümüksındıran "gərənayı" kimi daha çox Nazim müəllimin sümüyünə düşür. Su təminatı və torpaq sahələrinə texniki xidməti deyə bilmərik, amma hörmətin əndazəsi uzanıb gedir üzüyuxarı. Oralarda Nazim Əliyevə himayədarlıq edən kimdirsə, deyilənə görə çox qüdrətli bir şəxsdir. Buna əmin olanlar Melioservis idarəsinin işindən narazılıqlarını üçkünc əsgər məktublarına yazmış kimi qatlayıb qoyublar Topalhəsənli kəndindəki o köhnə qarajın həyətində ayaq altında tapdanan qara "taxta"nın altına. Heç oxuyan da yoxdu. Amma haçansa səsi çıxacaq bu narazılıqların. Əsas vəzifəsi rayon hüdudlarında müqavilə əsasında təşkilatlara, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməti göstərmək, müxtəlif növlü torpaq işləri görmək, çaylarda sel və daşqınların qarşısının alınması üçün tədbirlər həyata keçirmək və digər təmir işlərini aparmaq olan Melioservis başqanı kömək üçün "mələşən" şoran torpağın yalvarışlı "ilan dili" qarşısında maşallah olmasın, işini elə qurub ki, lap mükafat "müəllimin" "sayğacı" kimi sorğu-sualsız fır-fır fırlanır. Xeyir-bərəkət də bundadı qadoyalım. Amma, etiraf etməliyik, bu adam həm də çalışır ki, qohum-əqrəba yanında güvəndiyi xətir-hörmətini itirməsin. Bax, tutalım, əlindəki əmək kitabçasını aparıb versən ki, bunu doldurub "peçat"ını vur, səndən bu xidmətini də əsirgəməyəcək...Eşitmişik ki, bu sahədə böyük uğurları da var Nazim qardaşın. Rəhbərilik etdiyi Melioservis idarəsinin texnikasının nəyə görəsə hansı etibarlı əllərdə olduğu bu uğurlara dəstək deyilmi? İndi düzü elə suallar da var ki, onları kefinin kök vaxtında Nazim müəllimə vermək yerinə düşməz. Məsələn soruşmuş olsanız ki, Melioservisin faktiki neçə işçisi var, yaxud, işçi kimi neçə nəfərin adına maaş yazılır, Nazim Əliyev cavab əvəzinə yəqin ki, mühasibini axtarıb tapacaq. Bu axtarış gərəkli bir məlumatı verməkdən yayınmağın necə deyərlər, klassik üsuludur. Hər halda, ehtiyat da igidin yaraşığıdı, deyiblər. Müdir adama bircə cədvəl maaşına baxan şəxslərin adına olan plastik kartları etibarlı adamın sərəncamına vermək qalır. Baxmayaraq ki, birdən olmaz elə, pulları bankomatlardan kimsə çıxarıb mənimsəyər, sonra da əkilər... Geri dön |