Ana Sayfa > Gündəm > "Rus əsgərlərinin orada olmasından ciddi narahat olmağa dəyməz" - AÇIQLAMA
"Rus əsgərlərinin orada olmasından ciddi narahat olmağa dəyməz" - AÇIQLAMA10-11-2020, 09:56. Yazar: admin |
"Tək Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər yox, həm də Dağlıq Qarabağ Azərbaycana qaytarıldı. Artıq Dağlıq Qarabağ adında xüsusi statusu olan bir qurum olmayacaq". Open.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib. A.İsmayılov qeyd edib ki, Naxçıvanla Azərbaycan arasında birbaşa avtomobil yolu olacaq, Qazaxın işğal olunmuş və artıq çoxlarının yadından çıxmış bir neçə kəndi də qayıdacaq: "Bununla belə əvvəl Dağlıq Qarabağda yaşamış ermənilərin həmin ərazilərdə təhlükəsiz yaşamaları təmin ediləcək və onların təhlükəsizliyinə Rus əsgərləri Türkiyənin də nəzarət edəcəyi şərtilə təminat verilir. Hamını narahat edən rus əsgərlərinin orada olması məsələsinə də ciddi narahat olmağa dəyməz, çünki onların fəaliyyətinə Türkiyə nəzarət edəcək. Bu müqavilə 5 ilədir və 5 ildən bir tərəflərin razılığı ilə uzadıla bilər. Rusiyanın getdikcə zəifləyən iqtisadi və siyasi imkanları orada yerləşən təxminən 2 min nəfərin ölkəmizə hansısa təhlükə yaradacağını düşünmürəm. Bundan başqa, hələ hadisələri, xüsusən Ermənistanda baş verəcəkləri izləməyə ehtiyac var. Ən azından Prezident İlham Əliyevin həm Vladimir Putinlə danışığı zamanı, həm də xalqa müraciəti zamanı rəftarı ondan xəbər verir ki, biz həm hərbi, həm də siyasi qələbəmizi təmin etdik! Xalqımızı bu münasibətlə təbrik edirəm!" Geri dön |