Ana Sayfa > Gündəm > Ermənilərin təxribatı nəticəsində 461 mülki obyekt və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb
Ermənilərin təxribatı nəticəsində 461 mülki obyekt və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb3-11-2020, 12:00. Yazar: admin |
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb. Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb. Geri dön |