Ana Sayfa > Gündəm > XİN: Ermənistan tərəfindən əcnəbi terrorçular və muzdlular Azərbaycana qarşı istifadə olunur

XİN: Ermənistan tərəfindən əcnəbi terrorçular və muzdlular Azərbaycana qarşı istifadə olunur


5-10-2020, 12:51. Yazar: admin
XİN: Ermənistan tərəfindən əcnəbi terrorçular və muzdlular Azərbaycana qarşı istifadə olunur

“Ermənistan tərəfindən geniş şəkildə əcnəbi terrorçu qüvvələr və muzdlular Azərbaycana qarşı istifadə olunur”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, Yaxın Qərq regionundan, xüsusən Suriya, Livan, daha sonra Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir.

“Ermənistanın siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparıb və bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı nümayişkaranə şəkildə qeyri-qanuni fəaliyyətini davam etdirib. Daha sonra “Müdafiə haqqında” qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanları daha sonradan hərbi birləşmələrə inteqrasiya edib. Bu, həmin insanlardan Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunması məqsədi güdür. Son zamanlar biz Ermənistan hökumətinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları vasitəsi ilə ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik”, - deyə XİN rəsmisi vurğulayıb.
Geri dön