Ana Sayfa > Gündəm > Dövlət Xidməti: "On minlərlə vətəndaş döyüşlərdə iştirak etmək istədiyini bildirir"
Dövlət Xidməti: "On minlərlə vətəndaş döyüşlərdə iştirak etmək istədiyini bildirir"2-10-2020, 15:12. Yazar: admin |
Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. APA-nın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib. Onun sözlərinə görə, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox, on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər: "Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər. Biz vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlara bir daha təşəkkür edirik". Geri dön |