Ana Sayfa > Gündəm > Azərbaycanda daha 128 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda daha 128 yeni yoluxma faktı qeydə alınıb27-09-2020, 15:20. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 132 nəfər sağalıb, 128 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 40 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 655 nəfər müalicə olunaraq sağalıb, 586 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 782 nəfərdir. Ötən müddət ərzində 1 102 401 test aparılıb. Bugünkü test sayı isə 6 858-dir. Geri dön |