Ana Sayfa > Gündəm > Rayonlara bu şərtlə getmək olar - Kamran Əliyevdan açıqlama
Rayonlara bu şərtlə getmək olar - Kamran Əliyevdan açıqlama6-09-2020, 11:36. Yazar: admin |
Rayonlara gediş-gəliş yalnız fərdi nəqliyyat vasitələri ilə , eləcə də taksi xidmətindən istifadə etməklə mümkündür". Bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev deyib. K.Əliyev qeyd edib ki, el arasında "mikroavtobus" adlandırılan, əslində isə 7-8 nəfərlik minik avtomobili olanlar da rayonlara gedib-gələ bilərlər: "Əlbəttə ki, onlar taksi xidməti göstərirlər. Taksi sürücüləri tibbi-metodiki tövsiyələrə uyğun fəaliyyət göstərməlidirlər. Sürücü ilə sərnişin arasında şəffaf arakəsmə mütləq olmalı, sərnişinlərin sayı 2-dən artıq olmamaqla arxa oturacaqdan istifadə edə bilərlər. Avtobusların fəaliyyəti isə şəhər və rayon daxilidir". Onun sözlərinə görə, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə postların fəaliyyətinə ehtiyac qalmır: "Vəziyyətdən asılı olaraq qərar qəbul olunarsa, postlar yenidən qurula bilər..." Geri dön |