Ana Sayfa > Gündəm > XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb

XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb


5-08-2020, 10:01. Yazar: admin
XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.
Geri dön