Ana Sayfa > Gündəm > Elman Rüstəmov: “İnflyasiya proqnozumuz dəyişməyib”

Elman Rüstəmov: “İnflyasiya proqnozumuz dəyişməyib”


30-07-2020, 12:22. Yazar: admin
Elman Rüstəmov: “İnflyasiya proqnozumuz dəyişməyib”

“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq”.

"Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun inflyasiya proqnozu dəyişməyib.

E.Rüstəmov Azərbaycanın valyuta ehtiyatları barədə də danışıb və bu rəqəmin 51 milyard ABŞ dollarını keçdiyini deyib.
Geri dön