Ana Sayfa > Gündəm > Prezident Seyfulla Əzimovun rütbəsini artırdı - SƏRƏNCAM

Prezident Seyfulla Əzimovun rütbəsini artırdı - SƏRƏNCAM


1-07-2020, 15:57. Yazar: admin

Prezident Seyfulla Əzimovun rütbəsini artırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev 2 iyul – Polis günü bayramı ilə bağlı sərəncam imzalayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan üç nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:

“Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenant rütbəsi verilib.

Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib”.
Geri dön