Ana Sayfa > Gündəm > Azərbaycanda daha 590 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib
Azərbaycanda daha 590 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib24-06-2020, 19:08. Yazar: admin |
![]() Azərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Hazırkı dövrədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu gün 9 103 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441 min 961 test aparılıb. Geri dön |