Ana Sayfa > Gündəm > Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin 20 sutka həbs edilib

Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin 20 sutka həbs edilib


14-06-2020, 18:30. Yazar: admin
Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin 20 sutka həbs edilib

Koronavirus pandemiyası ilə mübarizədə tətbiq edilən sərt karantin qaydalarına zidd olaraq Bakı şəhərinə avtomobilin yük yerində gəlmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qaydalara əməl etməyən paytaxt sakini Anar Xəlilov bu gün Masazır qəsəbəsində yerləşən polis postunda saxlanılıb.

Sürücü yoxlanılan zaman onun sərt karantin dövründə hərəkət icazəsinin olduğu müəyyən edilib. Amma sürücünün nəqliyyat vasitəsi yoxlanılarkən avtomobilin yük yerində bir nəfərin gizləndiyi məlum olub. Araşdırma zamanı həmin şəxsin Füzuli rayon sakini Tofiq Səfərov olduğu və onun sərt karantin rejimində hərəkət icazəsinin olmadığı müəyyənm edilib. Sürücü və sərnişin saxlanılaraq Abşleron Rayon polis İdarəsinə gətiriliblər

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qaydada protokol tərtib olunub. Onlar məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs ediliblər.


Geri dön