Ana Sayfa > Gündəm > Azərbaycanda daha 336 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda daha 336 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib


12-06-2020, 17:15. Yazar: admin
Azərbaycanda daha 336 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

APA-nın məlumatına görə, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5600 test aparılıb.


Geri dön