Ana Sayfa > Gündəm > Bu il 226 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

Bu il 226 nəfər xaricdə təhsil almaq hüququ qazanıb


12-06-2020, 14:51. Yazar: admin
Bu il 226 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 177, Çində 30, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 12, Qazaxıstanda 2, ümumilikdə isə 226 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bundan başqa, 2019-2020-ci tədris ilində Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində 90-dan artıq ölkədən 6 600 nəfərdən çox əcnəbi tələbə təhsil alıb.
Geri dön