Ana Sayfa > Gündəm > icaze.e-gov.az portalı 14-16 iyun tarixlərində yenidən aktivləşdiriləcək

icaze.e-gov.az portalı 14-16 iyun tarixlərində yenidən aktivləşdiriləcək


10-06-2020, 15:01. Yazar: admin
icaze.e-gov.az portalı 14-16 iyun tarixlərində yenidən aktivləşdiriləcək

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

APA-nın məlumatına görə, bunu "ASAN Xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

O qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilər.

Günay Elşadqızı
Geri dön