Ana Sayfa > Gündəm > Bakıda marketlər niyə yenə boşdur? - AÇIQLAMA

Bakıda marketlər niyə yenə boşdur? - AÇIQLAMA


8-06-2020, 16:08. Yazar: admin
Bakıda marketlər niyə yenə boşdur? - AÇIQLAMA

İyunun 6-dan etibarən tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar böyük marketlər şəbəkəsinin boşalan piştaxtalarının bəziləri hələ də ərzaqla doldurulmayıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən "Araz" marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova bildirib ki, bəzi filiallarda yalnız çörəklə bağlı müəyyən çatışmazlıq olub.

“Çörək zavodları gecə işləməyib və fəaliyyətə səhər saatlarında başladığına görə bəzi marketlərdə rəflərdə çatışmazlıq olub. Şəhərin bütün marketlərində vəziyyət belədir. Gündəlik tələbat məhsulları isə rəflərdə yerini alıb və onlarla bağlı hansısa problem yaşanmayıb. Biz müştərilərin tələbatını ödəməyə tam hazırıq”, - deyə o bildirib.

OBA marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin İzzət deyib ki, sərt karantin rejimi ilə əlaqədar OBA market gücləndirilmiş rejimə keçib:

“Sərt karantin rejimi ilə bağlı qərar verildiyi andan gücləndirilmiş rejimdə çalışırıq. Hazırda da lazımi tədbirləri görürük. Qarşıdakı günlərdə ərzaq təminatı ilə bağlı heç bir problem olmayacaq. Müştərilərimiz ajiotaja düşmədən alış-verişlərini edə bilərlər”.

Qrandmart MMC mağazalar şəbəkəsinin satış müdiri Əli Kazım isə bildirib ki, şirkətin tərkibində fəaliyyət göstərən “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” marketləri bu gün saat 6:00-dan gücləndirilmiş rejimə keçirilib:

“Hazırda məhsul tədarüküylə bağlı heç bir sıxıntı yaşamırıq”.
Geri dön