Ana Sayfa > Gündəm / Manşet > “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbəri haqda ŞOK İDDİA - Bir sahibkar intihara necə sürükləndi?

“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbəri haqda ŞOK İDDİA - Bir sahibkar intihara necə sürükləndi?


19-11-2018, 10:16. Yazar: admin
“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbəri haqda ŞOK İDDİA - Bir sahibkar intihara necə sürükləndi?
DİA.AZ redaksiyası 2017-ci ilin fevral ayında baş verən bir intihar hadisəsinin şok təfərrüatlarının izinə düşüb. Hər halda bu faktın açılması bir çox mətləblərə işıq salmaqla yanaşı, həm də hüquq-mühafizə orqanlarının yenidən baş vermiş cinayət əməlinə - İNTİHAR HƏDDİNƏ ÇATDIRMA olayına qayıtmasına nədən olacaq. Biz buna inanırıq.

Həm də ona görə inanırıq ki, baş vermiş cinayət əməlinin qurbanı sahibkardır - dələduz şəbəkənin toruna düşərək milyonlarla manatlıq saxta borcun girdabına buraxılmış, son nəticədə çıxış yolu kimi intiharı seçmiş bir Azərbaycan sahibkarıdır! Beləliklə...

Şübhəli intihar...

İlk əvvəl intihar olayını xatırladaq. Elə qeyd etdiyimiz ildə - 2017-ci ilin 27 fevral tarixində yerli KİV-də aşağıdakı mətndə bir məlumat yayılır:

"Bakıda 54 yaşlı kişi özünü zəncirlə asıb. Xəbərə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Nəsirov Yusif Təvəkkül oğlu özünü yaşadığı evin həyətində zəncirlə asaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır".

“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbəri haqda ŞOK İDDİA - Bir sahibkar intihara necə sürükləndi?

İntihar həddinə çatdırılan mərhum Nəsirov Yusif Təvəkkül oğlu

Və cəmiyyətimiz də bu olayın üzərindən adi bir intihar hadisəsi kimi sükutla keçdi. Çünki digər, istənilən bir anoloji hadisə zamanı da eyni maddə ilə cinayət işi açılır, sonradan hər şey unudulur və yaxud da unutdurulur. Amma bu dəfə baş verən intiharın arxasında böyük bi saxtakarlığın dayanması yenidən bu məsələnin gündəmə daşınmasını zəruri etmiş oldu.

İntihar, yoxsa ÖLÜMƏ BURAXILMA...

Hər halda, intihar edən şəxsin (hazırki araşdırmalarımızdan aydın olur ki, Nəsirov Yusif Təvəkkül oğlu kifayət qədər ciddi və uğur qazanan sahibkarlardan olub və o sağlığında 16 saylı Təmir Tikinti Quraşdırma birliyinə rəhbərlik edərək, hətta dəfələrlə dövlət siafrişlərini də həyata keçirib) kimliyini öyrəndikdə görürük ki, burada şübhəli məqamlar yetərincədir.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, özünü öldürməyə vadar edilən Nəsirov Yusif Təvəkkül oğlunun başı con günlərdə cəncəldə olub. Məhkəmədə ona qarşı 6 milyon manatdan artıq iddia qaldırılıb. Və əslində intihar səbəbi də budur.

Dəyərli oxucular, sonradan sizlərə daha geniş təfərrüatı ilə çatdıracağımız gedişatdan da öyrənəcəksiniz ki, əslzində, fırıldaqçı şəbəkənin qurbanı olan Nəsirov Yusif Təvəkkül oğlu konkret olaraq İNTİHARA VADA EDİLİB... Çıxılmaz duruma salınıb.

Batan tanışının xilasına yetişir...

Bununla bağlı DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, zamanında kiafyət qədər ciddi sahibkar olan Yusfi Nəsirov günlərin birində - yəni ölümündən 3 il əvvəl başqa bir sahibkarla - “Biləcəri Təmir-Quraşdırma” QTSC adlı bir qurumun rəhbəri Nazim Mirzalı oğlu Tahirovla işbirliyinə gedir. Əslzində, buna işbirliyi də demək olmazdı...

Məlumatlara görə, həmin ərəfədə Naim Tahirovun rəhbərlik etdiyi qurum Rusiyadan borular ixrac edirmiş və bu ixrac prosesi zamanı Tahirovun Rusiyadakı müəssisələrə külli-miqdarda borcu yaranır. Vəziyyətdən heç cürə çıxmağa müvəffəq ola bilməyən Tahirov bu aman çoxdandır partnyorluq etdiyi Yusif Nəsirova kömək üçün ağız açır. Həm pulla və həm də sonradan ölümünə nədən olan bir hadisə ilə Tahirova dəstək olan Nəsirov bunun qarşılığında “Biləcəri Təmir-Quraşdırma” QTSC-dən 2 milyon manatlıq boru götürür. Amma sonradan...

Nəzirovun başına açılmayan oyun qalmır...

Dediyimiz bəlalı hadisə isə bu olur. Tahirova arxa drumaq üçün Nəsirov ona Rusiyadakı müəssisələri aldatmasına şərait yaradır. Razılaşır ki, məhkəmə yolu ilə guya Nəsirovun Tahirova 6 milyon manatdan artıq borclu olmasını sübutlayan qərar çıxarılsın. Həmin saxta məhkəmə qəarı isə Rusiyada Tahirovdan satdıqları boruların pulunu gözləyən müəssisələrə göndərilir. Nəticədə, Tahirov xeyli dərəcədə vəiyyətdən çıxmağa müvəffəq olur.

Amma üstündən müəyyən müddət keçəndən sonra Tahirov Nəsirova etdiyi yaxşılığın qarşılığını YAMANLIQLA çıxmaq qərarını verir. Axı necə də olmalı idi ki? Ələ gözəl fürsət düşmüşdü. Əlində bir məhkəmə qərarı var idi ki, kiminsə ona 6 milyon manatdan artıq borcu var...

Beləcə Tahirov günlərin birində Nəsirovdan olmayan borcu - Rusiyadakı müəssisələri aldatmaq üçün uydurulmuş borcu tələb edir...

Nəticəsi isə atıq məlumdur. Düşdüyü durumdan həm şoka düşən və həm də çıxış yolu tapa bilməyən Nəsirov sonda intihar etməli olur... Canına qıyır...

İş yenidən istintaqa qaytarıla bilər...

Hər halda, baş verənlərin yenidən araşdırılması üçün kifayət qədər ciddi iddialar var. Və Dia.az olaraq müid edirik ki, qeyd etdiyimiz faktlar hüquq-mühafizə orqanları üçün də maraqlı olacaq.

Araşdırmalarımız davam edir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Zəruri qeyd: Bununla bağlı qarşı tərəf kimi - “Biləcəri Təmir-Quraşdırma” QTSC adlı bir qurumun rəhbəri Nazim Mirzalı oğlu Tahirovla əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Amma yenə də onun da fikirlərini öyrənməyə cəhd edəcəyik. Bizi iləməkdə davam edin...

Geri dön