Ana Sayfa > Gündəm / Manşet > Razim Məmmədovu daha yüksək post gözləyir…

Razim Məmmədovu daha yüksək post gözləyir…


14-06-2016, 09:37. Yazar: admin
Razim Məmmədovu daha yüksək post gözləyir…
Yaxın günlərdə sərəncamı gözlənilən daha bir icra başçısı məlum olub. Bizimxeber.az-a daxil olan məlumata görə, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun vəzifədən uzaqlaşdırılması gözlənilir.
Bu barədə məlumat verən mənbə əlavə edib ki, icra başçısını daha yüksək vəzifə gözləyir. Uzun illərdir nazir müavini, hətta nazir olmaq üçün çalışan R.Məmmədov arzusuna çatmaq üzrədir. Xətai rayonunda görülən abadlıq-quculuq işlərinə, yol – nəqliyyat infrastrukturunun yüksək səviyyədə qurulmasında əməyi keçən icra başçısı yəqin diqqəti özünə cəlb edə bilib. Məsələn, Xətai rayonu Süleyman Vəzirov küçəsinin demək olar ki, ayda bir dəfə əsaslı təmiri buna bariz nümunədir.
Ümumiyyətlə, Xətai ağacların “yaşıl terror”a az məruz qaldığı rayonlardandır. Bu da məhz icra başçısı Razim Məmmədovun əməyi sayəsində mümkün olmuşdur. Bu rayonda gül-gülü çağırır, bülbül bülbülü. Bundan yaxşı nə ola bilər. Belə icra başçıları daha yüksək postlara aparılmalıdır ki, diğərləri də buna baxıb ruhlansınlar.
Burda bir maraqlı məqam isə Xətai rayonuna kimin təyin olunmasıdır ki, R. Məmmədovun yarımçıq qalan işlərini daha uğurla davam etdirsin. Yəqin ki, R.Məmmədov özü kimi adamların təqimatını aidiyyatı yerlərə çatdırıb.

Geri dön