Ana Sayfa > Gündəm / Manşet > Əhmədzadə prezidentə qarşı: dövlətin puluna özünə villa tikdirir

Əhmədzadə prezidentə qarşı: dövlətin puluna özünə villa tikdirir


11-04-2015, 10:31. Yazar: admin
Əhmədzadə prezidentə qarşı: dövlətin puluna özünə villa tikdirir
Mübariz Əhmədzadə prezidentin ayırdığı vəsaiti öz şəxsi mənfəətinə sərf edir.

Zaqatalanın icra başçısı 5 milyonluq dəyəri olan villa inşa etdirib. Bu məlumatı Tia.az-a yerli sakinləır şikayət məktubunda yazıb.
Məktub müəllifləri qeyd edirlər ki, icra başçısı dövlət başçısının rayonun inkişafına və abadlaşdırılmasına ayırdığı pulların 60 faizini səpələyib. Bu işlərin təşkilində müavini Elman Ramazanovun xüsusi əməyi var.
İcra Başçısı Mübariz Əhmədzadə 1 hektar sahədə özünə 5 milyon manata villa tikdirir. Usta və fəhlələr də Bakıdan gətizdirilir ki,Zaqatala sakinlərinin bu işdən xəbəri olmasın. Mübariz Əhmədzadə son Avropa səfərində İtalyan memar ilə müqavilə imzalayıb və 200.000 avro dəyərində layihə hazırlanıb.İşi isə Bakıdadı ən məşhur firmalardan biri aparır.

Geri dön