Ana Sayfa > Gündəm / Manşet > NikoilBankdan müştərilərə: “Bizdə “oqnotuşitel” var, özünü yandır, biz söndürərik”

NikoilBankdan müştərilərə: “Bizdə “oqnotuşitel” var, özünü yandır, biz söndürərik”


18-01-2016, 10:23. Yazar: admin
NikoilBankdan müştərilərə: “Bizdə “oqnotuşitel” var, özünü yandır, biz söndürərik”
Devalvasiya dalğaları bir-birini əvəzlədikcə ölkənin bank sistemi iş adamlarını və sadə vətəndaşları tapdamağa, əzməyə daha da iştahlanır. İllərlə bankların müştərisi olmuş, bank sahiblərini var-dövlətlərini artırmış sahibkarlara azacıq belə güzəşt etmək istəmirlər. Bir tərəfdən bank faizlərini yerində saxlayır, digər tərəfdən sahibkarlardan ağla gəlməyən məsrəfləri qarşılamağı tələb edirlər.

Xırda bizneslə məşğul olan Elşad İsayev, Şakir Əliyev, Leyla Hüseynova və Əlihüseyn Cəbrayılov “Nikoylbank”ın Xətai filialında baş verən möhtəkirlikdən şikayətçidirlər. Onların sözlərinə görə, ötən ilin sentyabrında banka qızıl girov qoyaraq kredit götürüblər. Kreditləri vaxtında ödəyiblər.

Elşad İsayev deyir ki, hər biri bankdan ayrı-ayrılıqda 9 min 800 dollar pul alıblar: “Pulu bizə lombard biznesinə görə vermişdilər. Banka qoyduğumuz qızıllar qohum-tanışlarımızdan yığılmış qızıllar idi. Belə razılıq vardı ki, pulu ödədikcə qızılları bizə qaytaracaqlar, biz də qızılları sahiblərinə qaytaracağıq. Devalvasiyaya qədər bank faizlərini ödəyirdik. Devalvasiyadan sonra da ödəməkdə davam etdik. Bizə pulu dollar 1 manat 5 qəpik olanda veriblər. İndi isə 1 dollar 1 manat 60 qəpikdir. Və biz pulu banka kursa görə ödəməkdə davam edirik. Amma bizdən hər dəfə pul ödəyib qızıl çıxaranda əlavə 25 dollar pul tələb edirlər. Bu möhtəkirlik, bizə qarşı edilən böyük qanunsuzluqdur”.

E.İsayev deyir ki, bank onlara pulu 27.5 illik faizlə verib: "Amma faktiki olaraq hər dəfə əlavə 25 dollar almaqla faiz dərəcəsini qaldırır. Biz həmin pulu götürəndə banka dedik ki, məqsədimiz əhaliyə manatla verməkdir. Özləri də razılaşdılar. İndi isə bizə qarşı möhtəkirlik edirlər. Bizi əhali ilə üz-üzə qoyurlar. Bu bankçılıq deyil, adı nədirsə başqadır. Bankın rəhbərliyi bilməlidir ki, bizim vəziyyətimiz çox pisdir. Çünki bu şərtlərlə bankın pulunu ödəmək mümkün deyil".

E.İsayev deyir ki, bizneslərində digər şərikləri Qurban Mahmudov “Rabitəbank”da eyni qayda ilə üzləşib: “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyasının sədridir. Amma onun rəhbərlik etdiyi bankın Səbayel filialında müştərilərə qarşı möhtəkirlik edirlər. Əvvəllər belə hallar yox idi. Sanki devalvasiya bunlara camaatın başına oyun açmaq üçün şərait yaradıb. Hər dəfə faizlərini ödəyib qızılı götürəndə bizdən 25 dollar əlavə pul alırlar. Biz də camaata pulu dollarla vermək məcburiyyətindəyik. Bunlar bizi əhali ilə üz-üzə qoyur. 100 dollarlıq malın üstündə bizdən faizlərindən başqa 25 dollar alırlar. Bu pul şəxsi ciblərə gedir. Möhtəkirlik edirlər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hara baxır?"

E.İsayev deyir ki, banklar onları intihara sürükləyir: “Deyirik ki, bizdən hər dəfə 25 dollar alırsızsa, deməli bizə pulu 27 faizlər deyil 127 faizlə vermisiz. Hesablayın baxın. Açıq-aşkar deyir ki, get nə istəyirsən elə. ”Nikoyl bank"da bizi özünü yandırdı, nə oldu? Bizə göstərdiyi yol budur. Ardınca da deyir ki, bizdə “oqnotuşitel” var, özünü yandır, biz söndürərik".

Geri dön