Ana Sayfa > Dünya > Türkiyədən İrana ciddi xəbərdarlıq

Türkiyədən İrana ciddi xəbərdarlıq


7-04-2015, 09:24. Yazar: admin
Türkiyədən İrana ciddi xəbərdarlıq
Türkiyə İranı məzhəbçilikdə ittiham edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın məzhəbçi mövqeyinin bölgədə fəlakətə səbəb ola biləcəyini söyləyib. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Xəbərlərdə bildirilir ki, M.Çavuşoğlu Yəməndəki hadisələrlə əlaqədar ölkəsinin vasitəçi rolu oynayacağını, eləcə də İranın həmin ölkəyə qarşı məzhəb baxımından yanaşdığını deyib.

“İraq, Suriya və Yəməndə baş verən hadisələrə baxaraq, müəyyən dərslər çıxara bilərik. Əgər hərə öz pəncərəsindən bu məsələyə baxarsa, bu halda heç bir probelmin həllindən söz gedə bilməz. Tezliklə problemlərin həlli axtarılmalı, Yəmənin bütövlüyü çərçivəsində addımlar atmalıyıq”, – deyə M.Çavuşoğlu bildirib.

Türkiyə xarici işlər naziri ölkəsinin bu məsələdə vasitəçi olmasının vacibliyini bir daha sözlərinə əlavə edib.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə gedəcək. Ərdoğanın iranlı həmkarı Həsən Ruhani ilə yanaşı Ali dini lider Ayətullah Əli Xamneyi ilə görüşü də nəzərdə tutulub. (Ans)

Geri dön