Ana Sayfa > Dünya > Ruslar Türkiyəyə xarici pasport olmadan gedəcək

Ruslar Türkiyəyə xarici pasport olmadan gedəcək


10-03-2015, 10:46. Yazar: admin
Ruslar Türkiyəyə xarici pasport olmadan gedəcək
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Rusiya vətəndaşlarının ölkəyə ümumvətəndaş pasportu ilə gəlişinə icazə verilməsi mümkünlüyünü nəzərdən keçirir.

"Report" "Posta" qəzetinə istinadən xəbər verir ki, bunu turizm sektorunun nümayəndələri ilə keçirdiyi müşavirədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

"Rusiyadan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gəlmək məsələsi tədqiq olunur", - deyə o bildirib.

Nazir çıxışı zamanı Rusiyada analoqu ümumvətəndaş pasportu olan "kimlik" (şəxsiyyət vəsiqəsi) sözünü ifadə edib. Lakin XİN rəhbəri belə bir icazənin nə zaman verilə biləcəyini açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl, Türkiyə hakimiyyətinin Rusiyadan turist axınını stabil saxlamaq üçün tədbirlər görmək niyyətində olduğu bildirilmişdi.

Geri dön