Ana Sayfa > Dünya > İspaniya: “Xəzərdən atılan raketlər…”

İspaniya: “Xəzərdən atılan raketlər…”


3-11-2015, 10:08. Yazar: admin
İspaniya: “Xəzərdən atılan raketlər…”
Rusiyanın Suriyaya uzaqməsafəli qanadlı raketlərlə zərbələr endirməsi İŞİD-ə qarşı yaradılmış beynəlxalq koalisiyanı narahat edir.

Axar.az xəbər verir ki, bunu ABŞ mətbuatına müsahibəsində İspaniyanın Müdafiə naziri Pedro Morenes söyləyib.

Onun sözlərinə görə, bu cür silahlardan istifadə Suriya konfliktini yenidən şiddətləndirəcək:

“Bu, hadisələrin çox təhlükəli formaya keçməsinə səbəb ola bilər. Rusiyanın Xəzərdən Suriyanı vura biləcək raketləri bizim üçün ciddi problemlər yaradacaq”.

Qeyd edək ki, keçən ay Rusiya Xəzər dənizindəki gəmilərindən Suriyadakı İŞİD və Əl Qaidə mövqelərinə raket zərbələri endirmişdi. “Kalibr” raketləri vasitəsilə həyata keçirilən bu əməliyyat Qərb ölkələrinin kəskin etirazına səbəb olmuşdu.

Geri dön