Ana Sayfa > Dünya > Hələbdə doqquz yaşayış məntəqəsi terrorçulardan azad edilib
Hələbdə doqquz yaşayış məntəqəsi terrorçulardan azad edilib3-11-2015, 09:09. Yazar: admin |
Son üç gün ərzində Suriya ordusu Hələb əyalətində doqquz yaşayış məntəqəsini və 50 kv km. ərazini terrorçulardan azad edib. Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ordu generalı Əli Məyhub bildirib. “Bizim qüvvələr könüllü dəstələrlə birlikdə Hələb şəhərinin cənub-qərbindəki rayonların azad olunması üçün əməliyyatları davam etdirib. Son üç gün ərzində Mareyn, Humaym, Əl Məşrəfə, Həmidi, Əs Sabihiyə, Hamidə, Tel Vəkriyə Dadeyn, Şalaş, Şukaydilə və Xan Tuman yaşayış məntəqələri və 50 kv km. ərazi ordunun nəzarətinə keçib. Terrorçular xeyli itki verib”, deyə general vurğulayıb. “Ramus-Şeyx Səid rayonunda, Sfir, Xariteyn, Şeyx Əhməd şəhərlərinin ətrafında İŞİD-in xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Terrorçuların Sfira şəhərinə hücumu dəf edilib, Hələbin şimal-şərq ətrafında da çoxlu sayda terrorçu məhv edilib”, deyə general əlavə edib. Geri dön |