Ana Sayfa > Dünya > Türkiyə PKK-ya qarşı 6 min əsgərlə əməliyyat keçirib

Türkiyə PKK-ya qarşı 6 min əsgərlə əməliyyat keçirib


28-10-2015, 09:57. Yazar: admin
Türkiyə PKK-ya qarşı 6 min əsgərlə əməliyyat keçirib
Türkiyə Silahlı Qüvvələrinin 6 min əsgərlə təxminən bir aydır davam etdirdiyi əməliyyatlar nəticəsində Yüksəkovadakı İkiyaka dağlarının 90 faizi PKK terrorçularından təmizlənib.

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində PKK-ya aid düşərgələr, silah anbarları darmadağın edilib.

Bir aylıq əməliyyatda iki desant briqadası və 20 xüsusi qüvvələr batalyonu olmaqla təxminən altı min əsgər iştirak edib. Əməliyyat nəticəsində İkiyaka dağlarının 90 faizi təmizlənib.

Ordunun 12 strateji PKK məntəqəsindən 9-nu ələ keçirdiyi bildirilir.

Geri dön