Ana Sayfa > Dünya > Keçmiş siyasi məhbus prezident olmaq istəyir
Keçmiş siyasi məhbus prezident olmaq istəyir26-10-2015, 11:41. Yazar: admin |
FİFA prezidentliyinə daha bir namizəd. Cənubi Afrika Respublikasının ( CAR) futbol asosassiyası "Twitter" səhifəsində FİFAya keçiriləcək seçki Tokio Seksvalenin namizədliyini tam dəstəkləyəcəklərini bildirib. Seksvalenin nümayəndəsi Piter Pol Nqvenya onun təkcə CAR-ı deyil, həm də bütün Afrikanı təmsil edəcəyinə ümid etdiyini söyləyib: "O CAR-ın namizədidir, ancaq biz ümid edirik ki, Seksvale bütün Afrikanı təmsil edəcək". Seksvale 1970-ci ildə öz vətənində terorizm və hakimiyyəti devirmək cəhdində ittiham edilərək həbs edilib. 2 ilə yaxın çəkən məhkəmə işindən sonra isə Seksvale 18 il müddətində həbs olunub. 13 il cəza çəkəndən sonra 1990-cı ildə azadlığa buraxılıb. Bu ilin iyun ayında isə Seksvale FİFA-nın Fələstində futbolun təbliği komitəsini rəhbəri təyin olunub. 29 may 2015-ci il tarixində FİFA konqresində 5-ci dəfə yenidən təşkilatın prezidenti seçilən Yozef Blatter bundan cəmi bir neçə gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar gözlənilmədən vəzifəsindən istefa verib. FİFA-nın yeni prezidenti 2016-cı il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək növbədənkənar konqresdə seçiləcək. Geri dön |