Ana Sayfa > Dünya > Türkiyə sərhədində yeni kanton yaradıldı
Türkiyə sərhədində yeni kanton yaradıldı22-10-2015, 10:08. Yazar: admin |
Suriyanın şimalındakı kürd bölgəsində yeni kanton elan edilib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Suriya kürdlərinin sözçüsü Delil Osman bildirib. Yeni kantona iyun ayında İŞİD-in əlindən alınan Tel-Abyad şəhəri də daxildir. “Suriya Kürdüstanı” da adlandırılan Rojava bölgəsindəki yeni kürd kantonunun rəsmi adı hələ açıqlanmayıb. Beləliklə, kürdlərin Suriyada elan etdikləri kantonların sayı 4-ə çatıb. Suriyalı kürdlər daha əvvəl Cəzirə, Afrin və Kobanidə kanton elan etmişdilər. Yeni kantonun elan edilməsi kürd güclərinin Türkiyə sərhədindəki bölgəyə nəzarəti ələ keçirməsinin rəsmi şəkildə açıqlanması anlamına gəlir. Geri dön |