Ana Sayfa > Dünya > ABŞ-da təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

ABŞ-da təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb


15-10-2015, 09:18. Yazar: admin
ABŞ-da təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
ABŞ-ın Luiziana ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb. Qəza təyyarə havaya qalxdığı zaman, uçuş-eniş zolağından 270 m aralıda baş verib.

Hadisənin başvermə səbəbləri hələ ki, bəlli deyil. Ölənlərin şəxsiyyəti barədə məlumat verilmir. Təyyarədə digər sərnişinlərin olub-olmaması barədə də məlumat yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.

Geri dön