Ana Sayfa > Dünya > Rusiyanın inanılmaz Yaxın Şərq planı

Rusiyanın inanılmaz Yaxın Şərq planı


14-10-2015, 09:44. Yazar: admin
Rusiyanın inanılmaz Yaxın Şərq planı
Suriyada hərbi əməliyyatlara başlayan Moskva İŞİD-i Əsəd və PYD-nin köməkliyi ilə Türkiyə sərhədlərinə doğru sıxışdıracaq. Bununla da Rusiya Əsədə böyük təzyiq göstərən Türkiyəni susdurmağa çalışır. Sonda isə “İŞİD Türkiyə vasitəsi ilə Suriyaya girdi” görüntüsünü yaratmaqla Türkiyə bölgədən təcrid olunacaq.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Milliyət” qəzeti çıxış edib.

Dərginin məlumatına görə, son günlərdə Rusiya döyüş təyyarələri İŞİD hədəflərinə zərbələr endirmir: “Rusiya daha da irəli gedərək Latakiya səmalarında 340 kilometrlik sahəni radarla mühafizəyə götürdü. Hələ də Qaziantepin Karkamış mahalı ilə Kilis arasındakı 90 kilometrlik xəttin qarşısı İŞİD-in nəzarətindədir. Ancaq “İŞİD-i vururam” deyən Rusiya Türkiyə hava sahəsini pozsa belə, İŞİD mövqelərini vurmadı. Rusiya Əsəd və PYD-nin dəstəyi ilə İŞİD-i Türkiyəyə doğru sürükləyir. Kobani və Afrindəki PYD terrorçuları Rusiyaya aktiv dəstək verir”.

Qəzetin iddialarına görə, İŞİD-in şimala doğru genişlənməsini istəyən Rusiya Türkiyəni bölgədə çəin durumda qoyacaq:

“Əsəd rejimi, Rusiya və PYD bu planı reallaşdırarsa, Türkiyə çıxılmaz vəziyyətə düşəcək. Bundan başqa güclənən PYD PKK-ya böyük dəstək verəcək. Rusiya isə bölgədə tam nəzarəti ələ alacaq. Moskva başda çeçenlər olmaqla Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarını özünə tərəf çəkəcək, isti dənizlərə yol tapmaqla Yaxın Şərqdə daha da möhkəmlənəcək. Kreml rəsmiləri hava əməliyyatlarına quru dəstəyini təmin etmək üçün artıq PYD ilə görüşüb. Rusiya, Əsəd ordusu və YPG koordinasiyalı əməliyyatlar üçün düyməyə basıb. Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Parisdə PYD həmsədri Saleh Müslim ilə bir araya gəldi. Görüşdən sonra bildirildi ki, PYD Moskvadan muxtariyyət vədini alıb. Putin “Suriyada quru əməliyyatı olmayacaq” açıqlamasını versə də, Əsəd rejimi və YPG əməkdaşlıq mövzusunda razılığa gəlib”.

Geri dön