Ana Sayfa > Dünya > PKK seçki öncəsi terroru dayandıracağını açıqladı

PKK seçki öncəsi terroru dayandıracağını açıqladı


9-10-2015, 11:00. Yazar: admin
PKK seçki öncəsi terroru dayandıracağını açıqladı
PKK 11 oktyabrda terroru dayandırmağa hazırlaşır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, terror təşkilatının siyasi qanadı olan KCK-nın həmsədri Bese Hozat,“Özgür Gündəm” qəzetindəki köşəsində 1 noyabr seçkilərindən əvvəl terroru dayandırmaq qərarı alacaqlarını deyib. Hozat bunu "HDP-nin 1 noyabrdakı seçkilərdə zəfərinə qatqı vermək üçün yenidən tarixi bir mövqe tutacaqları" ilə izah edib.

Köşədən sonra bölgədə olan müxbir Celal Başlanğıc “T24” üçün qələmə aldığı yazısında KCK-nın 11 okytabrda atəşkəs qərarını açıqlayacağını bildirib.

Geri dön