Ana Sayfa > Dünya > Ermənistanda dekabrın 6-da Konstitusiya referendumu keçiriləcək
Ermənistanda dekabrın 6-da Konstitusiya referendumu keçiriləcək9-10-2015, 10:55. Yazar: admin |
Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiya islahatları ilə bağlı referendumu dekabrın 6-na təyin edib. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti bu barədə sərəncam imzalayıb. Qeyd edək ki, Ermənistanda yeni hazırlanan Konstitusiya layihəsinə görə, ölkə parlament üsul-idarəsinə keçir. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz. Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna sahib olacaq. Geri dön |