Ana Sayfa > Dünya > Ukraynada separatçılar yeni hücuma hazırlaşır

Ukraynada separatçılar yeni hücuma hazırlaşır


9-03-2015, 16:35. Yazar: admin
Ukraynada separatçılar yeni hücuma hazırlaşır
Ukrayna hərbçiləri rusiyapərəst separatçıların martın 9-da atəşkəs rejimini bir neçə dəfə pozduqlarını deyirlər.

Vertikal.az bildirir ki, bu barədə Ukraynanın hərbi qərargahlndan xəbər verilib. Verilən məlumata görə, separatçılar axşam saat 8-dən səhər saat 6-dək hökumət qoşunlarının mövqelərini 16 dəfə atəşə tutublar.

Əsasən də mina və qumbaraatanlardan.

Ən çox gərginlik Donetsk vilayətində qeydə alınıb.

Fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs razılaşmasından sonra gərginliyin xeyli səngidiyi müşahidə olunur.

Amma Ukrayna hakimiyyəti ehtiyat edir ki, separatçılar bundan yeni hücumlara hazırlaşmaq üçün istifadə edə bilərlər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Geri dön