Ana Sayfa > Dünya > ABŞ rəsmisi Suriya ilə Rusiyanı səhv saldı

ABŞ rəsmisi Suriya ilə Rusiyanı səhv saldı


8-10-2015, 09:37. Yazar: admin
ABŞ rəsmisi Suriya ilə Rusiyanı səhv saldı
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiya ilə Suriyanı səhv salıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, anlaşılmazlıq jurnalistlər üçün keçirilən gündəlik brifinqdə baş verib.

“İŞİD-ə qarşı hərbi əməliyyat davam etdiriləcək və səngimək bilməyəcək. Ən əsası isə - Rusiyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasıdır”, C.Kirbi deyib.

Jurnalistlərin təəccübləndiyini görən C.Kirbi “Mən nə dedim ki?” sualını verib, bir qədər sonra isə təbəssümlə yanlışlığını etiraf edib.

Geri dön