Ana Sayfa > Dünya > ABŞ İŞİD-in Qafqaz bölməsini “qara siyahı”ya saldı

ABŞ İŞİD-in Qafqaz bölməsini “qara siyahı”ya saldı


30-09-2015, 10:33. Yazar: admin
ABŞ İŞİD-in Qafqaz bölməsini “qara siyahı”ya saldı
ABŞ “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqələrdə ittiham edilən 29 şəxs və təşkilata qarşı sanksiyalar qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.

Təşkilatlar İŞİD-in Şimali Qafqaz və Əfqanıstandakı bölmələridir. Sanksiyalar siyahısına isə Fransa, Böyük Britaniya, Tacikistan, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən və başqa ölkələrin vətəndaşları daxil edilib.

Qeyd edək ki, Şimali Qafqaz döyüşçüləri bu ilin iyun ayında tam heyətlə İŞİD terror qruplaşması və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını - Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir. “Youtube”də yayılan videokadrlarda da göstərilir ki, “Qafqaz Əmirliyi”nin bütün döyüşçüləri bu qərarda vahid fikrə malikdirlər.

Geri dön