Ana Sayfa > Dünya > Obama dünyanı xilas edəcək planı açıqladı

Obama dünyanı xilas edəcək planı açıqladı


28-09-2015, 09:20. Yazar: admin
Obama dünyanı xilas edəcək planı açıqladı
ABŞ Prezidenti Barak Obama Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən qlobal sammitdə dünyanı səfalət və aclıqdan qurtaracaq yeni planla çıxış edib. Baş Assambleya sessiyası ərəfəsində nümayəndə heyətləri qarşısında çıxış edən Ağ Ev rəhbəri bildirib ki, ABŞ dünyada inkişafa dəstək olan əsas donor ölkədir və dünya ictimaiyyəti böhran zamanında hər zaman Vaşinqtonun yardımına güvənə bilər. Obama Afrika regionunda HİV/QİÇS xəstəliyinin yayılmasına qarşı effektiv mübarizənin yollarını sadalayan plan barədə danışıb, xüsusilə Aşağı Sahara bölhgəsində qadınlar arasında yoluxmanın azalması üçün proflaktik tədbirlərə 300 milyon dollar vəsait ayırmağı vəd edib.

Dünyada dövlətlərin inkişafına təhdid olan aspektlərdən, o cümlədən sosial bərabərsizlik, müharibə, hökümət korrupsiyası və iqlim dəyişikliyindən söz açan Obama, yalnız sadalanan problemlərin həllini tapmasıyla, inkişaf səylərinin uğur gətirəcəyini bildirib. Obama 15 illik planın olduqca təkəbbürlü səsləndiyini bildirsə də, hökümətlərin əməkdaşlıq edəcəyi təqdirdə məqsədlərə çatmağın mümkünlüyünü vurğulayıb.

Geri dön