Ana Sayfa > Dünya > Suriya müxalifəti Rusiyaya “yeni Əfqanıstan” vəd edir
Suriya müxalifəti Rusiyaya “yeni Əfqanıstan” vəd edir22-09-2015, 10:54. Yazar: admin |
Bəşər Əsədə qarşı vuruşan mötədil Suriya müxalifətinin üzvləri Rusiyanı hədələyiblər. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, mesaj Rusiyanın Suriya rejiminə dəstək olması və yaxın 1 il ərzində 12 “Su-25” qırıcı təyyarəsi satması ilə bağlı açıqlamasından sonra gəlib. “Rusiya yeni Əfqanıstanla üzləşə bilər - bura göndərəcəkləri əsgərlər, tabutda qayıdacaqlar”. Müxalifətçilərin fikrincə, Rusiyanın Suriyaya yardımı münaqişənin daha da uzanmasına və körfəz dövlətlərinin müxalifətə yardımlarının həcmini artırmağa yol açacaq. Onların fikrincə, Suriya münaqişəsindəki qeyri-müəyyənlik İran və Səudiyyə Ərəbistanı arasındakı gizli müharibəni daha çox alovlandıra bilər. Geri dön |