Ana Sayfa > Dünya > İranda kütləvi həbslər: 125 nəfər saxlanılıb

İranda kütləvi həbslər: 125 nəfər saxlanılıb


16-09-2015, 09:51. Yazar: admin
İranda kütləvi həbslər: 125 nəfər saxlanılıb
İranın Xuzestan əyalətinin Bağ Məlik şəhərinin Putək Calali kəndində iki tayfa arasında baş vermiş qanlı qarşıdurma ilə əlaqədar 125 nəfər həbs olunub. Bunu Bağ Məlik şəhər Prokuroru Xudakərəm Rəhimi deyib.

Trend xəbər verir ki, bu barədə İranın Xuzestan əyalət prokurorluğunun saytı məlumat yayıb.

X.Rəhimi deyib ki, sentyabrın 14-də Putək Calali kəndidə Məhəmmədi və Məhəmmədi Musayi tayfaları arasında baş vermiş hadisədə 10 nəfər ölüb, onlarla adam yaralanıb: “Qarşıdurmada ölənlərin sayının çox olmasını və qanlı hadisə olmasını nəzərə alaraq qarşıdurmada iştirak edən 125 nəfər saxlanılıb. Hazırda hadisə araşdırılır”.

Prokuror bildirib ki, ölənlər arasında azyaşlı uşaq, qadın və yaşlı insanlar da var.

X.Rəhimi deyib ki, hadisə əkin sahəsi üzərində yaranmış mübahisə səbəbindən üzündən baş verib.

Qeyd edək ki, ötən gün Trend Xuzestan əyalətinin Bağ Məlik şəhərinin Putək Calali kəndində baş verən hadisə ilə bağlı məlumat yaymışdı.

Geri dön