Ana Sayfa > Dünya > ABŞ indiyədək beynəlxalq humanitar təşkilatına 4 milyard dollar yardım ayırıb

ABŞ indiyədək beynəlxalq humanitar təşkilatına 4 milyard dollar yardım ayırıb


11-09-2015, 11:09. Yazar: admin
ABŞ indiyədək beynəlxalq humanitar təşkilatına 4 milyard dollar yardım ayırıb
ABŞ Suriyadan 10 min qaçqın qəbul etməyə hazırdır.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama ölkəsinə növbəti ildə ən azı 10 min Suriya qaçqınını qəbul etməyə hazırlaşır.

Dörd il ərzində Suriyadakı qanlı vətəndaş müharibəsindən ABŞ-a 1500 miqrant gəlib. Avropada isə təkcə Suriyadan deyil, eyni zamanda, Yaxın Şərq, Afrika, Asiyadan da çoxlu sayda mühacirlər yerləşib.

Almaniya artıq 450 min qaçqın qəbul edib. Lakin ilin sonunadək ölkəyə hələ 800 min mühacirin gələcəyi də deyilir.

Amerika senatorları hələ bu ilin may ayında Barak Obamaya müraciət edərək, 65 min suriyalının ABŞ-a köçməsinə icazə istəyiblər.

Ağ evin mətbuat katibi Coş Ernest qeyd edib ki, qaçqınlar üçün humanitar maliyyə köməyinin verilməsi ən effektiv problemlərdən biridir. Ona görə də ABŞ-a milyonlarla suriyalının köçməsini reallaşdırmaq o qədər də asan məsələ deyil.

Coş Ernest onu da əlavə edib ki, ABŞ indiyənədək beynəlxalq humanitar təşkilata 4 milyard dollar ayırıb. Ernestin sözlərinə görə, ABŞ münaqişə zonalarından qaçan daha çox insanları qəbul etməyə hazırlaşır. Bu səbəbdən, ABŞ konqresi ciddi maliyyə öhdəliklərini öz üzərinə götürməli olacaq ki, bu da əlavə 10 min insanın ABŞ-a gələ bilməsi üçün şərait yaradacaq.

BMT-ın Qaçqınların işləri üzrə komissiyasında 4 milyon suriyalı qaçqın statusunda qeyd olunub ki, qurum onları 2016-ci ilin sonunadək müxtəlif ölkələrdə yerləşdirmək niyyətindədir. BMT ölkələrə gələn ildə daha 130 min miqrantı yerləşdirməklə bağlı onlara müraciət edib.

Geri dön