Ana Sayfa > Dünya > Kremlin məxfi planı: Rusiya niyə Suriyaya girir?
Kremlin məxfi planı: Rusiya niyə Suriyaya girir?8-09-2015, 10:20. Yazar: admin |
Putin BMT-nin Baş Assambleyasına yeni planla gedir. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın “Novaya qazeta” qəzeti yayıb. Qəzetin iddiasına görə, Putin Suriya qarşılığında Qərbdən bir neçə şey istəyəcək: “Rusiyanın Suriya böhranında iştirakı siyasi cəhətdən Ukraynadan fərqlidir. Putin 10 ildən sonra ilk dəfə BMT-nin Baş Assambleyasında iştirak edəcək. Görünür, Rusiyanın Yaxın Şərqdəki hərbi konfliktə müdaxiləsi Moskvanın özünün “Qərb partnyorları”na yeni təkliflər irəli sürməsinə hesablanıb. Rusiya islamçılara qarşı yeni hərbi koalisiya formalaşdırır. O bu koalisiyanı kəşfiyyat, aviasiyası ilə təchiz edir. Bundan başqa yerüstü əməliyyatlar üçün əsas zərbə qüvvəsi kimi İran hərbi dəstələrindən istifadə edilə bilər. Rusiya bunun qarşılığında Ukrayna, sanksiya məsələsində Qərbin geriyə addım atmasını istəyir. Məhz bu paketlə Rusiya prezidenti sentyabrın 15-də Nyu Yorka yollana bilər. Əgər plan uğurlu alınsa, Rusiya hökuməti özünün arzu etdiyi hər şeyi əldə edəcək. Əgər hər şey uğurlu olsa, o zaman Rusiya prezidentinin ölkə daxilində reytinqi ən yüksək zirvəyə qalxacaq”. Qeyd edək ki, bir müddət öncə İsrail mətbuatı Rusiyanın Suriyaya ordu yeritdiyi və İŞİD-ə qarşı savaşa hazırlaşdığı haqqında məlumat yaymışdı. Geri dön |